[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Vergi güzəştinə düşən məhsulların siyahısı

Kanadanın baş naziri Trudo

Dekabrın 14-dən başlayan güzəştlər fevralın 15-dək davam edəcək

Dekabrın 14-dən başlayaraq Kanadada satışda olan əksər malların üzərinə qoyulan vergilər ləğv olunub. Kanadanın baş naziri tərəfindən təklif edilən və vergi güzəştini tətbiq edən qanun, parlamentdə üçüncü və son səsvermədən keçib. Seçilmiş məhsulların vergisiz satışı 14 dekabr 2024-cü ildən 15 fevral 2025-ci il tarixinədək həyata keçiriləcək.

Qeyd edək ki, Kanadada satışda olan mallar və bütün xidmətlərin üzərinə 5 faiz GST (Goods and Services Tax), 8 faiz  HST (Harmonized Sales Tax) qoyulur. Əgər vitrində qoyulan mal tutaq ki, $50-dırsa, kassaya gələrkən bunun üzərinə 13 faiz gələrək $56.5 ödəniş edirsiniz.

Hökumətin www.canada.ca internet səhifəsndə qeyd olunur ki, GST/HST-dən azad olunan mallara vergi tətbiq olunduğu halda, alıcılar təchizatçıdan və ya satıcıdan geri ödəniş tələb etməlidirlər.

Parlamentin büdcə müfəttişi bildirib ki, bu vergi güzəşti federal hökumətə 1.46 milyard dollara, HST tətbiq edilən əyalətlərə isə 1.26 milyard dollara başa gələcək.

Vergi güzəştinə düşən məhsulların siyahısı

CanAzerbaijan www.cbc.ca xəbər saytına istinadən vergi güzəştləri tətbiq edilən bütün ərzaqların aiyahısını aşağıda qeyd edib.

Yemək və ərzaq məhsulları

  • Hazır yeməklər, məsələn, səndviçlər, salatlar və əvvəlcədən hazırlanmış digər yeməklər.
  • Qəlyanaltılar, o cümlədən cipslər, şirniyyatlar, bişmiş məhsullar, meyvə əsaslı qəlyanaltılar və qranola barları.
  • Enerji batonları, yalnız Kanada Səhiyyə Nazirliyinin qida kimi qəbul etdiyi və zülal, kofein, vitamin və ya minerallarla zənginləşdirilmədiyi təqdirdə.
  • Hədiyyə səbətləri, əgər tərkibində ən azı 90 faiz uyğun qida və içki məhsulları varsa.
  • Hazır yeməklər və içkilər, o cümlədən çatdırılma, lakin yalnız yemək müəssisəsi tərəfindən çatdırıldıqda.

İçkilər

  • Qazsız içkilər (qəhvə, çay), qazlı içkilər, şirələr və smuzilər, yalnız avtomat vasitəsilə satılmadıqda.
  • Alkoqollu içkilər (məsələn, pivə, şərab, sidr və sake) – spirt həcmi 22.9 faizdən az olduqda.
  • Müxtəlif qarışıq alkoqollu içkilər – spirt həcmi 7 faizdən aşağı olduqda.
  • Enerji və zülal içkiləri – yalnız zülal, kofein, vitamin və ya minerallarla zənginləşdirilmədikdə və Kanada Səhiyyə Nazirliyi tərəfindən qida və ya içki kimi qəbul edildiyi halda.

Restoran yeməkləri və içkilər

  • Pablarda, barlarda, səyyar yemək satışı edən avtomobillərdə və ya digər yemək xidməti göstərən yerlərdə alınan yeməklər.
  • Qarışıq içkilər, əgər uyğun içki siyahısına daxil olunursa (məsələn, qazlı şərab və portağal şirəsi daxildir, lakin araq və soda daxil deyil).
  • Yeməklər və içkilərə görə verilən çay pulu (“çayavoy”) – yalnız hesabda göstərildiyi təqdirdə.

Uşaq geyimləri və aksessuarları

  • Körpə və uşaqlar üçün geyimlər, o cümlədən süd butulkası, örtük, papaq, kəmər, əlcək və əl paltarı kimi aksessuarlar.
  • Uzunluğu 24.25 sm-dən az olan ayaqqabılar.
  • İdman və ya rəqs fəaliyyətlərindən kənarda istifadə olunan idman geyimləri, məsələn, forma, xizək gödəkçəsi, idman kostyumu, rəqs kostyumu.
  • Bez və təlim şalvarları, həmçinin bezlərlə birlikdə istifadə üçün nəzərdə tutulmuş rezin şalvarlar.
  • Kanada təhlükəsizlik standartlarına cavab verən və uşaq arabası sisteminin bir hissəsi olmayan uşaqlar üçün avtomobil oturacaqları.

Uşaq oyuncaqları və video oyunlar

  • Stolüstü oyunlar və kartlar.
  • Quraşdırma və ya yaradıcı oyun üçün nəzərdə tutulmuş oyuncaqlar.
  • Kuklalar, yumşaq oyuncaqlar və onların aksessuarları.
  • 14 yaşdan aşağı uşaqlar üçün nəzərdə tutulan oyuncaqlar.
  • Bütün yaş qrupları üçün pazllar.
  • Video oyun konsolları və konsollar üçün oyunlar (yüklənə bilən və ya onlayn oyunlar daxil deyil).

Kitab, jurnal və qəzetlər

  • Çap olunmuş əksər kitablar, o cümlədən bələdçi və audio kitablar.
  • Dini mətnlərin çap versiyaları.
  • 5 faizindən çoxu reklamlardan ibarət olmayan və abunə yoluyla alınan jurnal və qəzetlər.
  • Xəbərlər, redaksiya məqalələri və ya geniş ictimaiyyəti maraqlandıran digər məlumatları ehtiva edən gündəlik, həftəlik və ya aylıq nəşr edilən qəzetlər.

Elektron kitablar, yüklənə bilən audio kitablar, eləcə də gündəliklər və qeydlər üçün kitablar vergi güzəştinə daxil deyil.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp