[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Xaricdə yaşayan uşaqlar üçün “Ana dilim” müsabiqəsi  

ana dili musabiqesi

Müsabiqənin qalibini mükafat gözləyir

“New Diaspora of Azerbaijan” (@newdiasporaz ) AzEdu.az Təhsil Portalı ( @azedu_ ) ilə birlikdə yeni müsabiqəyə start verib. Yanvarın 22-də elan edilən “Ana dilim” adlı müsabiqə xaricdə yaşayan balaca həmyerlilərimiz üçün nəzərdə tutulub. New Diaspora of Azerbaijanın rəhbəri Könül Fətullayevanın sözlərinə görə, məqsəd xaricdə yaşayan azərbaycanlı uşaqlarda dilimizə sevgi aşılamaq və onların Azərbaycan mədəniyyəti ilə əlaqələrini gücləndirməkdir.

İştirak şərtləri:

– Müsabiqə xarici ölkələrdə yaşayan azərbaycanlı ailəsində olan bağça və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulub;

– Videodakı səsləndirmə Azərbaycan dilində olmalıdır;

– Müsabiqədə iştirak etmək istəyən soydaşlarımız Azərbaycan ədəbiyyatına məxsus şeir və ya Azərbaycana aid mahnılar ifa edərək video çəkilişi newdiaspor.az@gmail.com poçt ünvanına göndərə bilərlər;

– İştirakçılar video ilə birlikdə öz adlarını, yaşlarını və hansı ölkədən iştirak etdiklərini qeyd etməlidirlər;

– Göndərilən videonun çəkiliş keyfiyyəti ən aşağı 1080p, ən çox 4K olmalıdır;

– Videolar @newdiasporaz rəsmi instagram səhifəsində #AnaDilimDiasporAz #AzərbaycanDili #AnaDiliSevgim həştəqləri ilə paylaşılacaq.

– Real bəyəni və real şərh sayı çox olan və münsiflər heyəti tərəfindən yüksək qiymət alan video sahibi qalib olacaq. Qalibə müxtəlif mükafatlar təqdim olunacaq.

Müsabiqə fevralın 22-dək davam edəcək.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp