[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

30 yaşdan aşağı kanadalılar həyatlarından narazıdır  

kanadada heyet

ARAŞDIRMAÇILARA GÖRƏ, SON 10 İLDƏ GƏNCLƏRİN PXİSİ SAĞLAMLIQLARI PİSLƏŞİB

Toronto Universitetinin (U of T) son hesabatına görə, xüsusilə 30 yaşdan aşağı olan kanadalılar həyatlarından getdikcə daha çox narazı qalırlar, çünki onların gözləntiləri artıq reallıqla üst-üstə düşmür.

Kanadalıların həyatla bağlı gözləntiləri gerçəkliklə uyğun gəlmir – bu hiss son onillikdə, xüsusilə 30 yaşdan aşağı olanlar arasında daha da güclənib. Bu nəticə Toronto Universitetinin xoşbəxtlik araşdırmaçıları tərəfindən hazırlanan son hesabatda qeyd edilib.

GƏNCLƏRİN PSİXİ SAĞLAMLIQLARI PİSLƏŞİR

“Kanadada gənc olmaq anlayışı dəyişib”, – deyə Psixologiya Departamentinin assistent professoru və Kanada Əhali Rifahı üzrə Tədqiqat Sədri olan Felix Cheung bildirir: “Onlar özləri üçün daha böyük arzular qura bilərlər, lakin dəyişən iqtisadi və sosial şərtlərə görə həyat keyfiyyətlərini dəyişə bilmirlər, eyni səviyyədə qalır”.

Qeyd edək ki, Cheung ilə yanaşı, hesabatın həmmüəllifləri Toronto Universitetinin İqtisadiyyat Departamentinindoktorantı Anthony McCanny və Psixologiya Departamentinin postdoktorantı Phyllis Lundur. 2024 Kanada Xoşbəxtlik Hesabatı, hər il BMT və Oksford Tədqiqat İnstitutu ilə birgə nəşr olunan Dünya Xoşbəxtlik Hesabatının əldə etdiklərini daha dərindən araşdırır.

Tədqiqatçılar Gallup Dünya Sorğusu və Kanada Statistikasının məlumatlarını, o cümlədən Kanada İcma Sağlamlığı Sorğusu və Kanada Sosial Sorğusunu təhlil edərək, ölkədə rifah meyllərinin zamanla necə dəyişdiyini öyrəniblər.

McCanninin sözlərinə görə, 2012-ci ildə 15-30 yaş aralığındakı gənclər ölkədə ən yaxşı psixi sağlamlıq göstəricilərinə sahib idilər, lakin hazırda bu yaş qrupu ən pis vəziyyətdədir.

ƏN XOŞBƏXT GƏNCLƏR HANSI ƏYALƏTDƏDİR?

Kvebekdəki gənclər, xüsusən frankofonlar, ölkənin qalan hissəsi ilə müqayisədə psixi sağlamlıq və həyat keyfiyyətində yalnız kiçik bir eniş yaşayırlar.

“Bu, Kvebekdəki fransızdilli insanların öz icmaları ilə daha bağlı hiss etməsi ilə izah oluna bilər, çünki ingilisdilli kanadalılar ölkənin digər hissələrində müşahidə edilən xoşbəxtlik azalmasını daha çox yaşayırlar”, – deyə Cheung bildirir.

Nyu Brunsvikdəki gənclər də daha xoşbəxtdir, lakin Ontario və Britaniya Kolumbiyası gəncləri üçün vəziyyət eyni deyil. Tədqiqatçılar bunun şəhər həyatının rifah səviyyəsinin kənd həyatından daha aşağı olması ilə əlaqəli olduğunu bildirirlər: “Bu, ehtimal ki, əlçatanlıq problemləri və icma bağlarının zəifləməsi ilə əlaqədardır”.

YENI IMMIQRANTLAR HƏYATLARINDAN MƏMNUNDUR

Araşdırmaçılar, son on il ərzində Kanadaya köçən yeni immiqrantların rifah səviyyələrinin yüksək olmasından təəccübləniblər. Lakin zamanla bu məmnuniyyət səviyyəsi Kanadanın ümumi əhalisi ilə bərabərləşir.

“Görünən odur ki, yeni gələnlərin gözləntiləri digər kanadalıların həyat tərzi anlayışlarına uyğunlaşır, eyni zamanda onlar iqtisadi və sosial çətinliklərlə üzləşməyə davam edirlər”, – deyə McCanny vurğulayır.

Yeni immiqrantlar gözlənildiyindən daha yaxşı vəziyyətdə olsalar da,aşağı gəlirli kanadalılar və psixi sağlamlıq problemləri olan insanlar rifah baxımından əhalinin qalan hissəsindən ən çox fərqlənən qruplardır: “Xüsusilə, öz psixi sağlamlığını pis qiymətləndirən insanlar ilə digər qruplar arasında böyük bir fərq var. Bu, intuisiyaya uyğun gəlsə də, bugünkü psixi sağlamlıq böhranının ciddiliyini göstərir”.

SİYASƏTÇİLƏR ÜÇÜN YOL XƏRİTƏSİ

Cheung ümid edir ki, Kanada Xoşbəxtlik Hesabatı institutları, hökumətlər və fərdlər üçün rifah səviyyəsini artırmaq üçün bir bələdçi rolunu oynayacaq: “Siyasət nöqteyi-nəzərindən, Kanadada insanların həyat keyfiyyətini uzunmüddətli yaxşılaşdırmaq üçün daha çox icma əsaslı rifah xidmətləri yaratmağa davam etməliyik”.

Foto: Freepik

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp