Kanadaya yeni gəlmisiniz və hansısa peşəyə sahib olmaq istəyirsiniz? Ontario əyalətinin Stratford şəhərində keçiriləcək 13 həftəlik tamamilə ödənişsiz peşə hazırlığı proqramı üçün müraciətlər başlayır.
- Proqramın başlama tarixi: 28 Aprel 2025
- 7 həftəlik praktik dərslər – axşamlar və bəzi şənbə günləri
- 6 həftəlik ödənişli iş təcrübəsi
- Dülgərlik, MIG qaynağı, gips divar montajı, taxta kənar işləmələri və əmək təhlükəsizliyi üzrə təlimlər
- İşə hazırlıq təlimləri proqramın tərkibindədir!
Kimlər müraciət edə bilər?
Kanadada 5 ildən az yaşayan immiqrantlar – ingilis dili bilikləri CLB 4-5 səviyyəsində olmalı, 900 seriyalı SIN (Sosial Sığorta Nömrəsi) və iş icazəsi olan şəxslər. Beynəlxalq tələbələr, qaçqın statusu olanlar və daimi yaşayış icazəsini gözləyənlər də müraciət edə bilərlər.
️Müraciət üçün son tarix: 17 Aprel, 2025. Yerlər məhduddur!
Müraciət üçün link: https://bit.ly/TTG-Newcomer
Əlavə məlumat üçün zəng edin: 519-801-8641