[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadanın ucqarlarına immiqrasiya üçün pilot layihə

kanadaya immiqrasiya

PİLOT LAYİHƏ UCQAR BÖLGƏLƏRİN CANLANDIRILMASI ÜÇÜN NƏZƏRDƏ TUTULUB

Ontario əyaləti yeni immiqrasiya pilot layihəsi təqdim edib. Ontarionun ucqar bölgələrinin canlandırılması üçün nəzərdə tutulan immiqrasiya proqramı kəndlərdə və ucqar şimal icmalarında işçi qüvvəsinin artmasını planlaşdırır.  İmmiqrasiya vasitəsilə Regional İqtisadi İnkişaf (Regional Economic Development through Immigration (REDI)) pilot layihəsi bu ilin yanvarın 2-dən etibarən qüvvəyə minib.

Səhiyyə, texnologiya və digər peşəkar ixtisaslar üzrə kritik işçi çatışmazlığını aradan qaldırmaq üçün bir il ərzində Lanark County, Leeds və Grenville, Sarnia-Lambton və Thunder Bay kimi dörd icmaya 800 ixtisaslı xarici işçi gətirilməsi nəzərdə tutulub.

Bu təşəbbüs Ontario İmmiqrasiya Namizədləri Proqramı (Ontario Immigrant Nominee Program – OINP) vasitəsilə həyata keçirilir və təkcə iş yerlərinin doldurulması üçün deyil, həm də icmaların canlandırılması, yerli iqtisadiyyatın gücləndirilməsi və ucqar kənd yerləri və Ontarionun şimal bölgəsinin qlobal əmək bazarında rəqabətədavamlı olmasını təmin etmək üçün nəzərdə tutulub.

REDI digər immiqrasiya proqramlarından nə ilə fərqlənir?

Əvvəlki immiqrasiya proqramlarından fərqli olaraq, REDI birbaşa regional iqtisadi göstəricilərə hesablanıb. Yuxarıda adı keçən dörd bölgənin hər birində 200 immiqrant namizəd üçün yer ayrılacaq, bu da onların ən çox ehtiyac duyduğu ixtisaslı işçiləri əldə etməsinə kömək edəcək.

Bundan əlavə, proqram bizneslərə xüsusi dəstək təqdim edəcək:

İşəgötürənlər üçün OINP imkanlarını izah edən məlumat sessiyaları;
Xarici ixtisaslı işçilər üçün sürətləndirilmiş immiqrasiya prosesi;
Bələdiyyələr, iqtisadi inkişaf təşkilatları və yerli bizneslə sıx əməkdaşlıq.

Bu səviyyədə xüsusi dəstək REDI proqramını digər immiqrasiya təşəbbüslərindən fərqləndirən əsas amillərdən biridir. Söhbət təkcə işçiləri gətirməkdən yox, həm də onların uğurla məskunlaşmasını və uzunmüddətli yaşamasını təmin etməkdən gedir.

Necə müraciət etmək olar?

İxtisaslı xarici işçilər üçün REDI pilot layihəsi daimi yaşayış üçün aydın və sadələşdirilmiş bir yol təqdim edir. Müraciət etmək üçün namizədlər:

  • OINP çərçivəsində işəgötürən tərəfin tələblərinə uyğun gəlməlidir
  • Pilot icmaların birində tam ştatlı iş təklifi almalıdır
  • Ontarionun Expression of Interest (EOI) sistemi vasitəsilə müraciət etməlidir

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp