[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Bu ildən kirayə evlər, Airbnb ilə bağlı qaydalar dəyişdiriləcək

KANADADA KİRAYE EV

Torontoda Airbnb qaydaları da dəyişdiriləcək

2025-ci ildə Ontario əyalətində və xüsusilə Torontoda tikinti şirkətlərindən tutmuş əmlak alıcıları və kirayəçilərə qədər hər kəsə təsir edəcək yeni əmlak qanunları və qaydaları qüvvəyə minəcək.

Əsas dəyişikliklər arasında mənzil böhranını həll etməyə yönəlmiş əyalət və yerli bələdiyyə qanunvericiliyinin tətbiqi və dəyişikliklər yer alır. 2025-ci ildə Ontarioda Tikinti Məcəlləsinin sadələşdirilməsindən tutmuş Torontoda evlərin qısamüddətli kirayə verilməsi qaydalarını (Airbnb) əhatə edəcək ən mühüm dəyişikliklər aşağıdakılardır.

TORONTODA KİRAYƏ EVİN TƏMİRİ ÜÇÜN LİSENZİYA QANUNU

Yeni Kirayə Evin Təmiri Lizensiyası, Torontoda “ev sahiblərinin, kirayə haqqını artırmaq məqsədilə kirayənişinləri təmir adı altında saxta şəkildə evdən çıxarmları” ilə mübarizə aparmaq üçün nəzərdə turulub. Bu cür hallar xüsusilə aşağı gəlirli və həssas ailələr üçün ədalətsiz olmaqla yanaşı, onları evsiz və ya qeyri-sabit yaşayış vəziyyətinə sala bilər.

Nələri bilməlisiniz?
Bu qanun, ev sahiblərinin kirayənişini çıxarmaq üçün N13 bildirişi vermədən öncə kirayə məqsədli təmir lisenziyası almasını tələb edir. Lisenziya almaq üçün ev sahibi bələdiyyəyə 700 CAD rüsum ödəməklə yanaşı, təsdiqlənmiş tikinti icazələri təqdim etməlidir. Eyni zamanda, kirayənişini müvəqqəti yaşayış yeri ilə təmin etməli, yaxud kompensasiya ödəməlidir.

 

TAXTADAN TİKİLƏN ÇOXMƏRTƏBƏLİ BİNALARIN MƏRTƏBƏLƏRİ ARTIRILIB

Ontarioda taxta ilə tikilən çoxmərtəbəli binaların mərtəbə sayının 12-dən 18-ə qədər artırılmasına icazə verilib. Nəticədə eyni torpaq sahəsində daha çox yaşayış vahidinin tikilməsinə imkan yaradacaq.

Əyalət hökumətlərinin sözlərinə görə, bu dəyişiklik yeni evlərin inşasını sürətləndirmək və xərcləri azaltmaq, eləcə də meşə təsərrüfatı, texnologiya, mühəndislik dizaynı və istehsalat sahələrində yüksək maaşlı iş yerlərini dəstəkləmək məqsədi daşıyır.

KÖHNƏ VƏ YENİ MƏCƏLLƏ 60 FAİZ UYĞUN GƏLİR

Ontario Tikinti Məcəlləsi (Ontario Building Code) əvvəlki milli tikinti qaydaları ilə uyğun gəlmədiyinə və inşaatçılar üçün əlavə tənzimləmə maneələri yaratdığına görə tənqid edilirdi. Bu, ev tikintisini çətinləşdirir və mənzil tikintisinin çoxaldılmasına problemlər yaradırdı. 2012-ci ildə qəbul edilmiş məcəllə 2025-ci il Milli Tikinti Məcəlləsinə 60 faiz  uyğun gəlir.
2025-ci ildə təqdim olunacaq yeni Ontario Tikinti Məcəlləsi tikinti sektorunda prosesləri sadələşdirəcək və milli tikinti qaydaları ilə uyğunluq səviyyəsini 80 faizə çatdıracaq.

TORONTODA YENİ QISAMÜDDƏTLİ (Airbnb) KİRAYƏ QAYDALARI

Qaydalara uyğun olaraq, Torontoda qısamüddətli kirayə “ödəmə qarşılığında 28 ardıcıl gündən az müddətə kirayəyə verilən yaşayış vahidi” kimi qəbul edilir. Son bir il ərzində bu qaydalara iki dəfə – ötən ilin iyunun və sentyabrın 30-da dəyişiklik edilib.

Üçüncü və son dəyişiklik isə 2025-ci ildə tətbiq ediləcək və bütün mərhələlər birlikdə yalnız əsas yaşayış yerlərinin lisenziyalı icarədarlar tərəfindən qısamüddətli kirayəyə verilməsini təmin etməyə yönəlib. Belə ki, əgər sizin iki yerdə eviniz varsa, o evlərdən yalnız birini – yaşadığınız evdə mənzilləri Airbnb-yə verə biləcəksiz. Yeni dəyişikliyə görə, yaşamadığınız, amma adınıza olan digər evinizi, yaxud evlərinizi uzunmüddətli kirayə vermək məcburiyyətindəsiniz. Yeni qaydalar, mənzillərin uzunmüddətli kirayəyə verilməsini təşviq etmək məqsədi daşıyır.

Bundan əlavə, qısamüddətli icarədarların qeydiyyat və yeniləmə haqqı 375 CAD-a qədər artırılacaq. Həmçinin qeydiyyat dövrü ərzində ya bütün evinizi, ya da yalnız otaqları icarəyə vermək arasında seçim etməlisiniz. Əgər yalnız otaqları (bütün evi deyil) icarəyə verməklə bağlı qeydiyyatdan keçmisinizsə, eyni vaxtda bütün evi kirayəyə verə bilməzsiniz.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp