[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Yenilik: Qəza zamanı hansı halda polisə hesabat verməyə ehtiyac yoxdur?

Kanadada avtomobil

Qayda bu il yanvarın 1-dən tətbiq olunur

 Artıq Ontarioda yol qəzasında 5 min dollara qədər dəyən maddi ziyana görə polisə hesabat verməyə ehtiyac yoxdur. Yeni qayda Nəqliyyat Nazirliyinin qəza hesabatı qaydalarına etdiyi  dəyişikliyə əsasən, bu il yanvarın 1-dən qüvvəyə minib.  Qeyd edək ki, 2025-ci ilə qədər bu məbləğ 2 min dollar idi.

Dəyişiklik Ontarioda iki illik “Qırmızı Lentlərin Azaldılması” (Bürokratik Maneələrin Azaldılması Qanun Paketi) proqramının bir hissəsidir və bürokratik maneələrin azaldılması və bizneslər, təşkilatlar, sakinlər üçün səmərəliliyin artırılması məqsədini güdən qanunvericilik təşəbbüsüdür. Bu qanun paketi adətən ildə iki dəfə təqdim olunur və köhnəlmiş qaydaların modernləşdirilməsi, artıq olan inzibati yüklərin azaldılması və təhlükəsizlik və hesabatlılıq prinsiplərini qoruyaraq iqtisadi artıma dəstək məqsədi daşıyır.

Yeni qaydalar nələri əhatə edir?

Yeni qaydalara görə, avtomobiliniz hansısa obyektə və ya başqa bir nəqliyyat vasitəsinə çırpılaraq ictimai və ya özəl əmlaka 5 min dollardan artıq maddi zərər vurubsa, yalnız bu halda polisə hesabat verməlisiniz. Lakin maddi zərər 5 min dollardan aşağadırsa və heç kim xəsarət almayıbsa, hesabat verməyə məcbur deyilsiniz.
Lakin aşağıdakı hallarda polisə qəza hesabatı vermək vacibdir:

  • Əgər kimsə xəsarət alıbsa;
  • Avtomobil qapısı ilə bağlı qəzalar baş veribsə.

Qapı ilə bağlı qəza o hallara aiddir ki, sürücü və ya sərnişin avtomobilin qapısını düzgün açmadıqda, bu hərəkət qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna maneə yaradıb toqquşmaya və ya ani dönməyə səbəb olur.

Niyə bu dəyişiklik vacibdir?

Avtomobil sənayesi sürətlə dəyişir və avtomobillər daha müasir texnologiyalarla təchiz olunur. Buna görə də, qəzanın ciddiliyini ölçmək üsulu da dəyişməlidir. 2 min dollarlıq hədd doqquz il əvvəl uyğun görünə bilərdi, lakin indiki dövrdə artıq köhnəlmiş hesab olunur. Yeni qayda həm də vaxtınıza və enerjinizə qənaət deməkdir.

Foto Freepikdən götürülüb.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp